17 C
Baku
Friday, May 3, 2024

Bayden Türkiyəyə təkmilləşdirilmiş F-16 qırıcılarının satışına razılıq verib

ABŞ prezidenti Co Bayden Türkiyəyə təkmilləşdirilmiş F-16 qırıcılarının satışına razılıq verir.

Bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer brifinq zamanı deyib.

“”F-16 məsələsi ilə bağlı mövqeyimiz çox aydındır. Biz bu məsələni bir neçə aydır müzakirə edirik. Bayden həqiqətən bu tələbi dəstəkləyir”, deyə Karin Jan-Pyer bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden NATO-nun Madriddə keçirilən sammitindən sonra keçirilən mətbuat konfransında ABŞ-ın Ankaraya F-16 qırıcılarını göndərməli olduğunu deyib.

MənbəTrend
Son xəbərlər
 ⁠
Digər xəbərlər