Şri-Lankada iqtisadi vəziyyət pisləşib.
Ada dövlətin prezidenti Qotabaya Rajapaksa Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında yanacaq idxalı üçün kredit xətti açmağı və “Aeroflot”un Şri-Lankaya uçuşlarını bərpa etməyi xahiş edib.
“Rusiya Prezidenti Vladimir Putinlə çox məhsuldar telefon danışığı apardım. Keçmişin problemlərinin aradan qaldırılması üçün Rusiya hökumətinin verdiyi bütün dəstəyə görə ona təşəkkür etdim. Mövcud iqtisadi problemlərin aradan qaldırılması üçün Şri-Lankaya yanacaq idxalı üçün kredit dəstəyi xahiş etdim”, – Rajapaksa Tvitter-də yazıb.
Qotabaya Rajapaksa Putinlə razılaşmasından da danışıb:
“Biz yekdilliklə razılaşdıq ki, turizm, ticarət və mədəniyyət kimi sektorlarda ikitərəfli münasibətlər ölkələrimiz arasında dostluğun möhkəmlənməsi üçün mühüm əhəmiyyət kəsb edir.
Şri-Lankanın baş naziri Ranil Vikremesinqhe isə bildirib ki, ölkəsi artıq iflas edib.
O, bildirib ki, Beynəlxalq Valyuta Fondu (BVF) ilə ölkənin çökmüş iqtisadiyyatını dirçəltmək üçün danışıqlar azparmaq çətindir, çünki 22 milyonluq Cənubi Asiya ölkəsi danışıqlara inkişaf etməkdə olan deyil, müflis olan ölkə kimi daxil olub.
“İndi biz müflis ölkə kimi danışıqlarda iştirak edirik. Ona görə də biz əvvəlki danışıqlara nisbətən daha çətin vəziyyətlə üzləşməliyik”, – Vikremesinqe parlamentdə deyib.
“Ölkəmiz iflas vəziyyətində olduğu üçün biz Beynəlxalq Valyuta Fonduna borcumuzun davamlılığı üçün ayrıca plan təqdim etməliyik. Yalnız bu plan onları qane edəndə biz heyət səviyyəsində razılığa gələ bilərik. Bu, asan proses deyil”.
Valyuta ehtiyatlarının rekord həddə düşməsindən sonra Şri-Lanka son 70 ilin ən pis maliyyə böhranı ilə üzləşib.
Məktəblər bağlanıb, əsas xidmətlər üçün yanacaq məhdudlaşdırılıb. Paytaxt Kolombo da daxil olmaqla bir neçə böyük şəhərdə yüzlərlə insan yanacaq üçün saatlarla növbəyə durmağa davam edir, bəzən polis və hərbçilərlə toqquşur. Bazar günü Şri-Lankanın energetika naziri Kançana Vijesekera deyib ki, ölkədə bir gündən də az yanacaq qalıb.
Baş nazir borcun restrukturizasiyası və davamlılığı ilə bağlı hesabatın avqust ayına qədər BVF-yə təqdim ediləcəyinə ümid etdiyini bildirib. ROnun sözlərinə görə, razılaşma əldə edildikdən sonra hərtərəfli dörd illik kredit yardımı proqramı hazırlanacaq.