8 C
Baku
Wednesday, December 25, 2024

IGB bu ay kommersiya əməliyyatlarına başlaya bilər

Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisi tamamlanıb və bu ay kommersiya əməliyyatlarına başlaya bilər.

Bu barədə Yunanıstanın enerji naziri Kostas Skrekas Afinada keçirilən konfransda deyib.

Nazir tikinti işlərinin tamamlandığını və layihənin açılışı üçün iyulun 8-də Baş nazir Miçotakis ilə Komotiniyə gedəcəyini qeyd edib:

“O, bu ayın sonuna qədər fəaliyyətə başlaya bilər. Bu, şübhəsiz ki, Bolqarıstanı təhlükəsizlik və daha çox qazla təmin edəcək”.

Çəkilişi 220 milyon avroya başa gələn boru kəməri qazı Yunanıstanın şimalındakı Komotini şəhərindən Bolqarıstanın Stara Zaqora şəhərinə daşıyacaq və Azərbaycan qazını daşıyan digər boru kəmərinə birləşdiriləcək.

Uzunluğu 180 kilometr olan boru kəməri Bolqarıstanın dövlət enerji şirkəti BEH, Yunanıstanın DEPA qaz şirkəti və İtaliyanın Edison şirkətlərinin birgə müəssisəsi tərəfindən inşa edilib.

Onun tutumu 3 milyard kubmetrdir və yaxın gələcəkdə bu həcmi 5 milyard kubmetrə çatdırmaq planlaşdırılır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər