9 C
Baku
Sunday, November 17, 2024

Boris Conson: “Dünyanın ən yaxşı vəzifəsindən istefa verdiyim üçün çox kədərliyəm” – Yenilənib

Böyük Britaniyanın Baş naziri Boris Conson istefa verib.

Banker.az xəbər verir ki, o, bu barədə xalqa müraciəti zamanı bildirib.

“Bilirəm ki, bu qərarıma görə, nə qədər adam rahatlayacaq, eyni zamanda, nə qədər adam kədərlənəcək. Bilməyinizi istərdim ki, mən dünyanın ən yaxşı vəzifəsindən istefa verdiyim üçün çox kədərliyəm”.

***

Böyük Britaniyanın Baş naziri Boris Conson bu gün xalqa müraciət edəcək.

Banker.az xəbər verir ki, bu barədə Baş nazirin iqamətgahından açıqlama verilib.

BBC-nin xəbərinə görə, Boris Conson nazirlərin və deputatların dəstəyini itirdikdən sonra Mühafizəkarlar Partiyasının lideri vəzifəsindən istefa verəcək.

Bildirilib ki, yaxın zamanda Mühafizəkarlar Partiyasına yeni lider seçilməsi üçün kampaniya başlayacaq və partiyanın oktyabrda keçiriləcək konfransında yeni Baş nazir təyin ediləcək.

Bu müddətdə isə, yəni oktyabr ayınadək Conson Baş nazir vəzifəsinin icrasını davam etdirəcək.

***

Böyük Britaniyanın Baş naziri Boris Consonun bu gün istefa verəcəyi gözlənilir.

Banker.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

B.Conson payızadək Baş nazirin səlahiyyətlərini icra edəcək.

Son xəbərlər
Digər xəbərlər