22 C
Baku
Monday, September 30, 2024

Neft və ressesiya: Bir barrelin $65-ə düşməsi nə qədər realdır?

Neft bu həftə amansız satışlara məruz qaldı və bu da 2008-ci ildəki qiymət dönüşü təkrarlanması ilə bağlı narahatlığa səbəb oldu. O vaxt da Brent xam nefti iyul ayında demək olar ki, 150 dollar/barelə qədər rekord həddə qalxdı, lakin qlobal maliyyə böhranı dərinləşdikcə ili 40 dollardan aşağı dəyərlə başa vurdu. Lakin bu dəfə maliyyə neft bazarındakı zəiflik güclü fiziki xam neft bazarı ilə ziddiyyət təşkil edir.

İki gün öncə hər barel üçün 10.73 dollar olan bir günlük eniş 1988-ci ildə Brent neft fyuçers bazarının işə salınmasından bəri üçüncü ən böyük eniş oldu. Hətta faiz ifadəsində 9.45%-lik eniş yalnız 20-ci ən böyük eniş kimi sıralanır.  Cari durum hələki investorları qane etmir. İki gün əvvəl Brent neftinin bir barel üçün 100 dollardan aşağı düşməsi ilə itkilər uzandı. Bu da bir ay əvvəlki zirvədən 17% azalmadır. Həmin dediyimz zirvədə barel üçün 122 dollar təşkil edirdi.

4535435345345

Yaxın aylar və 2023-cü ilə qədər neft üçün proqnoz pisləşib. Yəqin ki, Avropada resepsiyadan yaxa qurtara bilməyəcək. Təbii qaz və elektrik enerjisinin qiymətlərinin artması isə Avrozonanın ən böyüyü – Almaniyanın iqtisadi lokomotivinin sağlamlığını təhlükə altında qoyur. Qitədə bu qışda enerjinin paylanması perspektivi çox realdır.

Eyni zamanda, yüksək pərakəndə yanacaq qiymətləri, ABŞ-da son Müstəqillik Günü bayramı həftəsonunda ilkin benzin satışlarının göstərdiyi kimi, neftə tələbat artımını azaltmağa başlayır. Təchizat şəkli ilə bağlı məsələlər bir qədər üzə çıxır. Rusiya neft hasilatı gözlənildiyindən daha az azalır və reallıq isə budur ki, Vaşinqton onu aşağı endirməkdə maraqlı deyil, buna dair siqnalda verib.

Bəzi banklar  tərəfindən təklif olunan 65 dollar/barrel qiymətinə bir yana, Brentin qiymətini davamlı olaraq 80-90 dollara endirmək üçün iqtisadi resesiya daha da kəskinləşməlidir. Hələki, neftin 100 dollar/barrel olması üçün indiki reallığı tam itməyib.

Neft ilin ilk yarısında bir çox investor üçün ən böyük qazananlardan biri oldu və bəziləri səhm və istiqraz bazarlarında itkiləri ödəmək üçün əmtəə mənfəətindən istifadə edərək ikinci yarı başlayan kimi nağdlaşdırmaya gediblər, Bloomberg belə bir iddia sürür.

Hələlik, neft bazarında struktur defisiti mövcuddur, ən azı fiziki bazar güclü olaraq qalır. OPEC+ hasilatı limitinə yaxın artırdı, yalnız Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri hasilatı daha da artıra bildi. Eyni zamanda, Çinin neftə tələbatı aprel-may aylarındakı karantinlərdən sonra sürətlə bərpa olunur. Şanxayın yolları yenidən avtomobillərlə doludur. Fiziki neft bazarı daha sıx deyilsə, bunun səbəbi Vaşinqtonun qiymətləri məhdudlaşdıraraq strateji neft ehtiyatlarından böyük miqdarda xam neft satmasıdır. Gündə təxminən bir milyon barellə satışlar bəzi OPEK ölkələrinin hasilatından belə böyükdür. Lakin bu buraxılışlar ya oktyabr ayına qədər bitəcək, ya da onların ölçüsü azalmalıdır, hara getsə bu ehtiyatdan çıxarılır – necəki, öncəki yazılarımızda da qeyd edirdik.

Qərb mediası bu reallığı da artıq başa düşür ki, Rusiya istənilən gün onsuzda enerji böhranı yaşayan dünya üçün çətinlik yarada bilər. Neft investorları Moskvadakı maxinasiyalardan xəbərsiz görünürlər, qaz bazarı aprel, may və iyunun əvvəllərində olduğu kimi. O vaxt Avropa təbii qaz fyuçersləri hətta meqavat/saat üçün 100 avrodan aşağı düşmüşdü və bəziləri artıq tədarükdən danışırdılar. O vaxtdan bəri Rusiya Almaniya, Avstriya, İtaliya və Avropanın bir sıra digər ölkələrinə qaz ixracını kəskin şəkildə azaldıb. Çərşənbə axşamı Avropada qazın qiyməti 175 avroya yüksəldi. İndi Rusiyanın neft ixracından iqtisadi müharibə üçün istifadə etməyəcəyini fərz etmək bir qədər sadəlövhlük olar.

Şimal dənizi, Aralıq dənizi və Qərbi Afrika xam neft növləri Brent neftinə qarşı rekord bonusla və ya rekorda yaxın qiymətə satılır. Digər bir güc nümunəsi olaraq, “Saudi Aramco” flaqman “Arab Light” üçün Avropanın şimal-qərbinə rəsmi satış qiymətini Brent üçün rekord yüksək bpnus təyin etdi. Ən böyük bazarı olan Asiya üçün bu, indiyədək ikinci ən yüksək səviyyədə təyin olundu, ki, burada da Rusiya bazarı tuta bilməsin.

 

Son xəbərlər
Digər xəbərlər