10 C
Baku
Wednesday, December 11, 2024

BMT: “Enerji qiymətlərinin bahalaşması yoxsulların sayını artırır”

Son 3 ayda dünyada 71 milyon insanın gəliri kəskin şəkildə azalaraq yoxsulluq həddindən aşağı düşüb.

Bu statistika BMT-nin İnkişaf proqramının son hesabatında yer alır.

Sənədə görə, bu vəziyyətlə başlıca olaraq kasıb ölkələrin vətəndaşları üzləşiblər. Problemin səbəbi ərzaq və enerji qiymətlərinin sıçrayışla artmasıdır. Artımın səbəbi isə Covid-19 pandemiyası və Ukrayna münaqişəsidir. Sonuncunun təsiri daha ciddi hiss edilir. Ukrayna münaqişəsi dünyanın 2 böyük dənli bitki və xammal ixracatçısının de fakto bazardan çıxması ilə nəticələnib.

BMT-nin İnkişaf Proqramının direktoru Aşim Steyner bildirir ki, “İnflyasiyaya paralel olaraq qiymətlərin və faiz dərəcələrinin artması yeni yoxsulluq dalğasının yaranmasına gətirib çıxarır. Böhranın dərinləşməsi dünyada yoxsulluğu artırır”.

159 ölkəni əhatə edən hesabatın müəllifləri hökumətlərə kasıb əhali üçün enerji və ərzaq üçün ünvanlı və ədalətli yardım verilməsini tövsiyə edirlər. Sənədə görə enerji qiymətlərinin artımından ən çox Balkan regionu və Mərkəzi Afrika əziyyət çəkir. Postsovet məkanında isə ən ağır vəziyyət Ermənistandadır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər