Zelenski Baydenin Ukraynaya səfər etməməsinin səbəbini açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Cozef Baydenin Ukraynaya səfər etməməsinin səbəbini açıqlayıb.

Bu barədə dövlət başçısı CNN-ə danışıb.

V.Zelenski ABŞ Prezidentinin Ukraynaya səfər etmək istədiyini, lakin səfərə təhlükəsizliklə bağlı “bəzi məqamların” mane olduğunu da başa düşür:

“Biz Prezident Baydeni Ukraynada görmək istərdik. Eşitdim ki, o, bu fikri dəstəkləyir. Belə bir səfərə mane olan bəzi təhlükəsizlik məsələləri var. Biz buna anlayışla yanaşırıq”.

MənbəReport
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər