ABŞ-də ölkənin valyutasına mühüm təsir gücü olan daha bir göstərici açıqlandı.
Banker.az xəbər verir ki, ABŞ-nin Əmək Statistika Bürosunun açıqlamasına görə, iyun ayı üzrə ölkənin qeyri-kənd təsərrüfatında işləyənlərin sayında 372 min nəfər artım olub. Bu may ayı üzrə 384 min nəfər idi.
Aylıq dəyişmə üzrə birjalar 268 min proqnoz edirdi.
Qeyd edilir ki, ölkədə işçislik səviyyəsi 3.6%-də qalmaqla orta saatlıq gəlir 34.5 dollar olub, bu da öncəki ayda 34.5 dollar idi. Birjalar isə 34.6 dollara düşəcəyini proqnoz edirdi.
ABŞ FED-i uçot faiz dərəcəsinə dəyişiklik edəndə nəzərə aldğı əsas göstəricilərdəndir. Bunun yuxarı olması ABŞ dollarının valyutasına müsbət təsir edir. ABŞ dollarının altı əsas valyuta səbəti qarşısındakı indeksi 107.25 bəndə çatıb.
EUR/USD isə artıq paritetə – yəni 1 avro 1 dollar səviyyəsinə bir qədər də yaxınlaşdı.Ehtimal edilri ki, 1 avro hətta yaxın zamanlarda 98 sentə qədər düşə bilər.