Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Bakı şəhərinin Nəsimi rayonunda, eləcə də Balakən və Yevlax rayonları ərazisində ağacların qanunsuz kəsildiyi və təbiətə ümumilikdə 25450 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Banker.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, Faktlarla bağlı “Şərq İnşaat” MMC, “Lalə tekstil” MMC barəsində akt tərtib edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.