24 C
Baku
Sunday, September 29, 2024

Zelenski Türkiyəyə təşəkkür etdi

Ukrayna prezidenti Volodimir Zelenski İstanbulda keçirilən dördtərəfli görüşdə irəliləyiş olduğunu açıqlayıb, dünya ərzaq tədarükünü bərpa etmək üçün göstərdikləri səylərə görə Türkiyə və BMT-yə minnətdar olduğunu bildirib.

Zelenski Türkiyə, Rusiya, Ukrayna hərbi nümayəndə heyətləri və Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyətinin Ukrayna limanlarından taxıl çıxışını təmin etmək üçün İstanbulda keçirilən dördtərəfli görüşü ilə bağlı dəyərləndirmələr aparıb.

Dünya bazarına ərzaq tədarükünün yenidən başlaması üçün çox mühüm səylər göstərdiklərini bildirən Zelenski, “BMT və Türkiyəyə səylərinə görə minnətdaram. Bu hekayənin uğuruna təkcə dövlətimizin deyil, mübaliğəsiz bütün dünyanın ehtiyacı var”, – deyib.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər