Avropa İttifaqına (Aİ) üzv olmağa namizəd olan Serbiya bu təşkilatın İrana qarşı yeni sanksiyalarına qoşulmaqdan imtina edib.
2006-cı ildən etibarən qüvvədə olan BMT sanksiyalarına əlavə olaraq Aİ müəyyən şəxslərə və təşkilatlara qarşı sanksiyalarını qəbul edib.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel Aİ Şurasının İrana qarşı məhdudlaşdırıcı tədbirlər üzrə reqlamentin icrası qərarını təsdiq edib. Aİ üzvlüyünə namizəd olan İslandiya, Lixtenşteyn, Norveç, Şimali Makedoniya, Monteneqro, Albaniya, Ukrayna və Moldova da bu qərara qoşulub, Serbiya isə bundan imtina edib.
Xatırladaq ki, iyulun 11-də Belqradda Serbiya və İranın biznes dairələrinin görüşü keçirilib.