“Merkuri” Bank Olmayan Kredit Təşkilatı müştərilərinə daha yaxın xidmət göstərmək məqsədilə yeni – “Mərkəz” filialını müştərilərinin ixtiyarına verdi.
Bakı şəhərinin mərkəzi rayonlarından biri olan Nəsimi rayonunda yerləşən filialda müştərilərə yüksək xidmət göstərilməsi üçün bütün şərait yaradılmış, filial müasir dizayn və texnoloji avadanlıqlarla təmin olunmuşdur.
“Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay 71 ünvanında yerləşən “Mərkəz” filialı həftəiçi hər gün saat 09:00-dan saat 18:00-dək, şənbə günü isə saat 10:00-dan saat 14:00-dək müştərilərə xidmət göstərəcək.
Daha ətraflı məlumatı https://merkuri.az saytından, təşkilatın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (050) 271 84 32, yaxud (012) 595 80 10 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.