Çin 2026-cı ildə Venera planetində kosmik missiyaya başlaya bilər.
Çin planetə pilotsuz uçuş aparatı göndərməyi planlaşdırır.
VOICE missiyası 4 ildən sonra başlaya bilər, uçuş aparatı 2027-ci ildə Günəş sistemindəki ən isti və ən parlaq planetin orbitinə çıxacaq.
Aparat Veneranın səthindən 350 km məsafədə yerləşəcək və onun geoloji təkamülünü, atmosferdəki istilik və kimyəvi prosesləri öyrənəcək.
Missiya hələ yekun şəkildə bəyənilməyib. Büdcə, texnologiya və raket buraxılış cədvəli baxımından bir neçə fərqli layihə nəzərdən keçirilir.