15 C
Baku
Friday, September 20, 2024

Səudiyyə Ərəbistan gündəlik neft hasilatını 13 milyon barelə çatdıracaq

Dünya iqtisadiyyatı enerji qiymətlərinin sabitliyindən asılıdır.

Bunu Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının (Ciddə Sammiti) açılışında bildirib.

“Təmiz enerjiyə investisiyaları davam etdirmək lazımdır. Ər-Riyad neft hasilatını gündəlik 13 milyon barrelə çatdırmaq qərarına gəlib”, – deyə vəliəhd bildirib.

O, İranı region ölkələri, Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq etməyə, digər ölkələrin daxili işlərinə qarışmamağa və bununla bağlı verilən vədlərə əməl etməyə çağırıb.

Misir prezidenti Əbdülfəttah əs-Sisi də bəyan edib ki, qlobal və regional böhranlar güclənir, ona görə də ərəb ölkələri müasir problemlərin həllinə, o cümlədən enerji sahəsində mühüm töhfə verməlidir.

“Ərəb ölkələri münaqişələrə və vətəndaş müharibələrinə son qoymaq üçün birləşməlidir. Misir həm də ABŞ-ın regionda mühüm tərəfdaşı olaraq qalır”, – deyə Misir prezidenti əlavə edib.

Son xəbərlər
Digər xəbərlər