Azərbaycanda dövlət büdcəsinin profisiti 2022-ci ilin iyun ayında 1 milyard 268.9 milyon manata düşüb.
Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu da son ayda 723.5 mln. manat azalmasıdır. Belə ki, may ayında 1 mlrd. 992.4 mlrd. manat idi.
Dövlət büdcəsinin gəlirləri yanvar-iyun ayları ərzində illik müqayisdə 27.8 % artımla 12 mlrd. 442.4 mln manat, dövlət büdcəsinin xərcləri isə 10 milyard 450 milyon manat olub ki, illik 11.6% çoxdur.