11 C
Baku
Tuesday, November 26, 2024

DSK: Əhalinin gəlirləri 19%, qiymətlər isə 13% artıb

Azərbaycan əhalisinin nominal gəlirləri illik müqayisədə 2022-ci ilin yanvar-iyun aylarında 19.5% artıb.

Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

İlin ilk yarısında əhalinin nominal gəlirləri cəmi 26 milyard 420.3 milyon manat təşkil edib.

Adambaşına düşən gəlirlər isə 2 629.7 manat olub. Bu da öncəki ildən 19% çoxdur.

Qeyd edək ki, DSK Azərbaycanda iyun ayında orta illik inflyasiyanın 12.9% olduğunu bildirir.

Son xəbərlər
Digər xəbərlər