10 C
Baku
Saturday, November 23, 2024

BVF qlobal iqtisadi artım proqnozunu aşağı salır

Beynəlxalq Valyuta Fondunun (BVF) strategiya, siyasət və təhlil üzrə direktoru Seyla Pazarbaşıoğlu təşkilatın iyul ayı hesabatında qlobal iqtisadiyyatın proqnozunu əhəmiyyətli dərəcədə pisləşdirəcəyini bildirib.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Pazarbaşıoğlunun sözlərinə görə, mövcud vəziyyətdən çıxmağı çətinləşdirən amillərə qida və enerji qiymətlərinin artması, inkişaf etməkdə olan ölkələrin bazarlarına kapital axınının ləngiməsi, davam edən koronavirus pandemiyası və Çində iqtisadi artımın zəifləməsi təsir göstərir.

Bundan əvvəl BVF-nin rəhbəri Kristalina Georgiyeva 2023-cü ildə dünya iqtisadiyyatını qlobal tənəzzülün gözlədiyini istisna etməyib. Beynəlxalq kreditor 2022-ci il üçün iqtisadi artım proqnozunu yanvar ayındaki 4.4%-dən 3.6%-ə endirib.

Son xəbərlər
Digər xəbərlər