14 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda dövlət qurumu zərərdən yaxa qurtardı – hesabat

Azərbaycanda rabitə obyektlərinin mühafizəsini, yanğın təhlükəsizliyinə nəzarəti həyata keçirən Hərbiləşdirilmiş Mühafizə İdarəsinin illik müqayisədə xalis mənfəəti azalıb, lakin işi mənfəətdədir.

Bu barədə Banker.az dövlət idarəsinin rəsmi məlumatına istinadən xəbər verir.

Məlumatda deyilir ki, 2021-ci il ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC 179.64 min manat xalis mənfəət əldə edib. Bu öncəki ildə 229.09 min manat idi.

Dövlət idarəsinin gəlirəri 6 milyon 845 min manat, xidmətin maya dəyəri isə 5 milyon 798 min manat olub bu da 1 milyon 047 milyon manatlıq ümumi mənfəətdir. Ümumi mənfəətin artmasına səbəb gəlirlərin mühüm həcmdə artmasıdır.

Bu xalis mənfəətdən sonra onun balansındakı 40 min manatlıq yığılmış zərər 140 min manatlıq bölüşdürülməmiş mənfəətə çevrilib.211222 22

Son xəbərlər
Digər xəbərlər