İranda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə Prezidenti İbrahim Rəisi tərəfindən rəsmi qarşılanıb.
Ərdoğanın rəsmi qarşılanma mərasimi Sadabad sarayında baş tutub.
Xatırladaq ki, Ərdoğan Tehranda Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 7-ci iclasında iştirak edəcək. Bunun ardınca, “Astana formatı”nda Türkiyə-İran-Rusiya liderlərinin iştirakı ilə üçtərəfli zirvə görüşü keçiriləcək. Görüşün əsas mövzusu Suriya olacaq.
Bununla yanaşı, Ərdoğan səfər zamanı rusiyalı həmkarı Putinlə ikitərəfli görüş keçirəcək.