Yaponiyanın avtomobil istehsalatçısı olan Suzuki Almaniyanın Volkswagen AG şirkətində olan 19,9% həcmində, yəni 400 milyard yen dəyərində (3,3 milyard dollardan artıq) olan səhm paketini geri alacaq.
Bu qərar iki avtomobil istehsalçısı arasında yaranmış mübahisəni həll edən Beynəlxalq ticarət palatasının Beynəlxalq artitraj palatasının qərarına uyğun olaraq verilmişdir.
Suzuki şirkətinin rəhbəri Osama Suzuki-nin bildirdiyinə görə, 2009-cu ildə iki şirkət tərəfindən imzalanan əməkdaşlıq müqaviləsi ləğv ediləcək. Bu məlumatı Volkswagen şirkətinin rəhbərliyi də təsdiq etmişdir.