10 C
Baku
Thursday, December 12, 2024

İran XİN: Nüvə proqramı üzrə saziş əldə etmək üçün şərait var

İranın nüvə proqramı üzrə saziş əldə etmək üçün şərait mövcuddur.

Bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani keçirdiyi həftəlik mətbuat konfransında deyib.

“Düşünürük ki, sazişin əldə olunması üçün ABŞ hökumətinin qərar qəbul etməsindən başqa əsaslı problem yoxdur”, – XİN rəsmisi bildirib.

O, İranın nüvə imkanlarının çox yüksək olduğunu qeyd edib: “Dəfələrlə qeyd etdiyimiz kimi, İranın nüvə texnologiyası tamamilə dinc xarakter daşıyır və Beynəlxalq Atom Enerjisi Agentliyinin daimi nəzarəti altındadır. Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinin tez-tez və çoxsaylı səfərlərində, təşkilatın çox saylı hesabatlarında İranın nüvə texnologiyası və fəaliyyətinin sülhməramlı olduğu təsdiqlənib. Kütləvi qırğın silahları məsələsinə gəlincə isə, Ali Rəhbərin kütləvi qırğın silahlarının yaradılmaması ilə bağlı fətvası var. Bu barədə İranın baxış və mövqeyində heç bir dəyişiklik olmayıb”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər