Avizo – məktub şəklində təqdim edilən rəsmi bildiriş növüdür və özündə müəyyən ödənişlər, hər hansı məhsul və ya istehsalat nümunəsinin göndərilməsi haqqında faktları əks etdirir. Belə bir bildiriş növü bir tərəfdən digərinə ötürülür. Avizoya nümunə olaraq bankın əmanətçiyə, maliyyə təşkilatının müştərinin tələbi ilə bir hesabdan digərinə pul vəsaitləri köçürməsi ilə bağlı göndərdiyi məktub şəklində olan bildirişdir. Həmçinin ödəniş edilməsindən imtina və yaxud akkreditivin açılması ilə bağlı bildiriş də avizoya aid edilir.
Başqa sözlə desək, avizo – qəbul edən şəxsi pul köçürmələri, məhsul və yaxud veksel göndərilməsi ilə bağlı xəbərdar edən rəsmi məktubdur. Maliyyə təşkilatı bu cür məktublardan istifadə edərək müştəriləri hesabla bağlı qeydlərlə tanış edir.
Həmçinin bununla yanaşı, avizo-nun köməkliyi ilə müştəri köçürmələr, akkreditivlərin açılması və yaxud çeklə bağlı məlumatlandırılır.
Avizo-dan yalnızca rəqib və yaxud partnyor olan müxtəlif təşkilatları məlumatlandırmaq üçün istifadə olunmur. Avizo həmçinin əksər hallarda bir təşkilatın ayrı-ayrı bölmələri çərçivəsində həyata keçirilən daxili təsərrüfat xərclərinin hesablanmasına xidmət edir. Həmçinin qeyd edilmiş bölmələr müstəqil balansa sahib olmalıdırlar. Bununla yanaşı, baş ofis ilə filiallar arasında maliyyə öhdəliklərinin qəbulu və ötürülməsi, nəticələr və xərclər barədə məlumat ayrı-ayrı avizolar ilə həyata keçirilir.