14 C
Baku
Saturday, November 23, 2024

Qızılın qiyməti psixoloji həddə düşür

Dünya mərkəzi banklarının uçot faiz dərəcələrini qaldırması fonunda risksiz aktiv olan qızılın qiyməti 1 unsiya üçün $1 678 səviyyəsində olub.

Banker.az bu barədə NYMEX (Comex) birjasına istinadən xəbər verir.

1 unsiya qızıl üçün son 3 ilin psixoloji həddi $1 680 olub və bu səviyyəyə pandemiyadan sonra cəmi 3 dəfə toxnumuşdu.

Bir sıra inkişaf etmiş iqtisadiyyatların mərkəzi bankları dünyada artan qiymətləri səngitmək üçün uçot faiz dərəcələrini artırırlar. Əsas mərkəzi bank ABŞ FED-i və eləcə də Avropa Mərkəzi Bankı gözlənilmədən faiz dərəcələrini artırırlar. ECB bu gün uçot faiz dərəcəsini gözlənilmədən 0.5 faiz bəndi artırdı. Böhrana baxmayaraq, FED-in isə növbəti iclasında 0.75 və ya 1 faiz bəndi artıma getmə ehtimalı qızılın qiyməti üçün təzyiq yaradır.

Son xəbərlər
Digər xəbərlər