10 C
Baku
Thursday, December 12, 2024

“Yapı Kredi Bank Azərbaycan” biznes kreditləri portfelini kəskin artırıb

2022-ci ilin yanvar-iyun dövründə “Yapı Kredi Bank Azərbaycan” QSC tərəfindən müştərilərə verilmiş kreditlər 45 milyon 990 min manat və ya 26.3% artaraq 30 iyun 2022-ci il tarixində 220 milyon 904 min manat təşkil edib. 

Banker.az xəbər verir ki, ötən ilin sonu ilə müqayisədə, cari ilin ilk 6 ayı ərzində “Yapı Kredi Bank Azərbaycan”ın biznes kreditləri portfeli 42 milyon 622 min manat və ya 36.3% artaraq 159 milyon 878 min manata, ipoteka kreditləri portfeli 2 milyon 717 min manat və ya 15.5% artaraq 20 milyon 224 min manata, istehlak kreditləri portfeli isə 651 min manat və ya 1.6% artaraq  40 milyon 802 min manata yüksəlib.

Xəbər verdiyimiz kimi,“Yapı Kredi Bank Azərbaycan” QSC 2022-ci ilin birinci yarısını (yanvar-iyun dövrünü) 1 milyon 361 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 232 min manat, tam 2021-ci ili isə 931 min manat xalis zərər ilə bağlamışdı. Bankın 2022-ci ilin birinci yarısındakı xalis mənfəəti gəlirlərinin artmasından qaynaqlanır.

Son xəbərlər
Digər xəbərlər