“Avropa Rusiyadan təbii qazın tədarükünün tam dayanmasına hazır olmalıdır, çünki bu, gec-tez baş verəcək”.
Bunu Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Lyayen “DPA”ya müsahibəsində bildirib.
O vurğulayıb ki, hazırda Avropa İttifaqına üzv olan 12 dövlət Rusiyadan “mavi yanacağı” ya qismən idxal edir, ya da tamamilə dayandırıb: “Ona görə də Avropa ən pis varianta hazır olmalıdır. Rusiyadan təbii qazın nəqli gec və ya tez baş verəcək”.