2 C
Baku
Sunday, December 15, 2024

ICGB AD Yunanıstan ərazisində qaz nəqli üçün lisenziya alıb

Azərbaycan qazının Bolqarıstana nəql olunacağı Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) layihə şirkəti ICGB AD Yunanıstan ərazisində qaz nəqli üzrə müstəqil sistem lisenziyasını alıb.

Bu barədə şirkətdən bildiriblər.

Qeyd olunur ki, Yunanıstanın RAE enerji tənzimləyici orqanının keçən həftə dərc etdiyi qərarla Yunanıstan-Bolqarıstan interkonnektorunun həyata keçirilməsinə cavabdeh olan layihə şirkəti 50 il ərzində təbii qaz nəqli fəaliyyətlərini həyata keçirə biləcək.

“Bolqarıstanın Enerji və su ehtiyatlarının tənzimlənməsi komissiyasının istismara vermə proseduruna uyğun olaraq lisenziyalı fəaliyyətə başlamaq üçün yekun icazə verəcəyi gözlənilir. Lisenziyalaşdırma interkonnektorun istismar mərhələsinə hazırlanması istiqamətində əsas addımdır. Bu, qazın nəqli üçün infrastrukturun resurs və texniki hazırlığının təsdiqidir”, – şirkətdən bildiriblər.

Həmçinin bildirilib ki, Yunanıstanda layihə şirkətinin lisenziyalaşdırılması işə salınmağa hazırlığın mühüm mərhələsidir və ICGB-nin müstəqil nəql operatoru kimi sertifikatlaşdırılmasından sonra sonuncu tənzimləmə proseslərindən biridir.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər