11 C
Baku
Tuesday, November 26, 2024

Sinqapurun qurucusundan sitatlar: “Yüz il sonra Sinqapurun mövcud olacağına inanmıram”

Sinqapurun qurucusu Li Kuan Yudan məşhur sitatlar:

  1. Əgər ölkəni düzgün idarə etməsən, bütün ağıllı insanlar ölkədən gedəcəklər.
  2. Mənim iki yolum var idi: birincisi, oğurlayıb, qohum və dostlarımı “Forbes”in siyahısına salaraq, xalqımı quru yurdda qoymaq, ikinci yolum isə xalqıma xidmət edib, onu on ən yaxşı ölkə sırasına çıxarmaq. Mən ikinci yolu seçdim.
  3. Məsələ şəxsi mənfəətə gəldiyi zaman, insan beyninin gücü sərhədsiz olur.
  4. Modaya görə maşın, geyiimi təzələmək mənə maraqsız gəlir.Mən özümə və dostlarıma dəbli geyimə görə dəyər vermirəm. Əlbəttə, nimdaş paltarı mən də xoşlamıram, di gəl beş, on minlik geyimlər də məndə təəsüürat  yaratmır.
  5. Çinlilərdə yaxşı bir deyim var “insanın torpağı qurumamış onu qınamayın”. Odur ki, ola bilsin ki, mən də ölməmiş hansısa dəlilik edə bilərəm.
  6. Əgər oxumuş ağıllı kişi, özü kimi biri ilə (oxumuş, ağıllı) evlənmək istəmirsə, o zaman mən ona axmaq deyirəm. Sən özündən az ağıllı bir qadınla evlənsən övladının biri ağıllı olacaq digəri isə yox və sən bütün ömrü boyu özünü danlayacaqsan.
  7. Əgər bugünüdən baş çıxarıb, gələcəyindən qorxmaq istəmirsənsə, öz xalqının keçmişini öyrənməlisən. Təkcə hadisələri bilmək deyil, həmçinin bunun niyə başqa cür deyil, məhz belə baş verdiyini dərk etməlisən.
  8. Mən ilk baxışdan sevgiya inanmıram. Bunu böyük səhv hesab edirəm. Səni gözəl görkəm cəlb edir, lakin sonra bundan çox peşiman olursan.
  9. İşinizi maraqlı təqdim etmək çox önəmlidir, çünki bundan sonra insanlar sizə qulaq asacaqlar.
  10. Mən hər zaman siyasi cəhətdən dogru olmağa deyil, dürüst olmağa çalışmışam.
  11. İqtisadi artıma ehtiyyacınız varsa, qonşularla müharibə etmək yerinə yaxşı ticarət edin.
  12. Həyat sadəcə yeməkdən, gəzməkdən və tv.yə baxmaqdan ibarət deyil. İnsan beyni gərək qursun, yaratsın. Onu əyləndirən nəslərdən(qadcetlərdən) aslı olmasın.
  13. Məni insanların şəxsi həyatına müdaxilədə günahlandırırlar. Bu doğrudur, lakin bunsuz da biz bugünki qazandıqlarımıza nail olmazdıq.
  14. Mən heç bir şeyə peşman deyiləm. Biz şəxsi məsələləri həll etmədən iqtisadi yüksəlişə nail ola bilməzdik.
  15. Biz Sinqapuru heç nədən yaratdıq.
  16. Zəif insanlar onları asan yolla aparacaqlarına söz verən namizədlərə səs vererlər, halbuki belə bir yol mövcud deyil.
  17. Əgər məmurlar yaxşı əmək haqqı alırlarsa, onları rüşvətə görə ən ağır cəzaya məhkum etmək lazımdır.
  18. Bizim heç bir resursumuz yoxdur, bizim sadəcə çox əhəmiyyətli (kiçik parçada) yerdə yerləşən insanımız var.
  19. Yüz il sonra Sinqapurun mövcud olacağına inanmıram. Hər şey mənim xələflərimdən aslı olacaq.
  20. Sinqapurlular deyinməkdə çempiondurlar.

Müəllif: Aliyə Nuru

 

 

Son xəbərlər
Digər xəbərlər