2022-ci ilin ikinci yarısında “Bank Respublika” ASC-nin gəlirləri kəskin artmış, aktivlərinin həcmi ilin əvvəli ilə müqayisədə bir qədər də artaraq 1.4 milyard manata çatıb.
Banker.az bunu Bankın 2022-ci ilin yanvar-iyun ayları üzrə hesabatına istinadən xəbər verir.
Bankın hesabatında qeyd edilir ki, yarımil ərzində 62.41 milyon manatlıq faiz gəlir əldə edib, bu da öncəki ildən 59 faiz yuxarıdır. Faiz xərcləri isə illik müqayisədə 59% artaraq 23.62 mln. manat olub.
Bankın qeyri-faiz gəlirləri 71% artaraq 17.45 mln. manata, qeyri-faiz xərcləri isə 37% artaraq 41.72 mln. manata qalxıb.
Bununla da onun xalis mənfəəti yarımildə 12.51 mln. manat olmuşdur.
“Bank Respublika”nın aktivlərinin həcmi 1 mlrd. 377.91 mln. manat olmuşdur. Bu da illik müqayisədə 12% artımdır. Aktivlərinin 858.25 mln. manatı müştərilərə verilmiş kreditlər , o cümlədən 200.87 mln. manatı istehlak kreditləri, 589.31 mln. manatı biznes kreditləri və 67.82 mln. manatı daşınmaz əmlak kreditləri olub.
Bankın öhdəliklərinin həcmi 1 iyul 2022-ci il tarixinə 1 mlrd. 275.04 mln. manat olmuşdur. Öhdəliklərin 822.28 mln. manatı müştərilərə verilmiş kredit, o cümlədən 446.19 mln. manatı fiziki şəxslərdən və 376.09 mln. manatı isə hüquqi şəxslərdən cəlb edilmiş vəsaitlər olub.