13 C
Baku
Tuesday, May 14, 2024

ARDNF-SOCAR birgə müəssisəsi 3 illik auditor seçir

“Azerbaijan Rigs” MMC 2022-2024-cü illər üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun audit üçün müsabiqə elan edib.

Banker.az xəbər verir ki, iddiaçılar təkliflərini avqustun 10-u, saat 17:00-a qədər şirkətin yeləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 121 (“SOCAR Tower”) ünvanına təqdim edə bilərlər.

Maraqlanan təşkilatlar (012) 521-34-60 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

“Azerbaijan Rigs” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 950 milyon manatdır. Şirkətin təsisçiləri 90% payla Dövlət Neft Fondu (ARDNF) və 10% payla Dövlət Neft Şirkətidir (SOCAR).

Son xəbərlər
 ⁠
Digər xəbərlər