Azərbaycanda Bank aktivlərinin idarə edilməsi Agentliyi yaradılıb
Azərbaycanda “Bank aktivlərinin idarə edilməsi Agentliyi” adlı MMC yaradılıb. Vergilər Nazirliyində qeydiyyata alınan şirkətin nizamnamə kapitalı 10 min manatdır.
Bakı şəhərinin Səbail rayonu İslam Səfərli küçəsi,5 ünvanında yerləşən MMC-nin qanuni təmsilçisi isə Süleyman Bəkir oğlu Bəkirovdur.
Xatırladaq ki, S.Bəkirov bundan öncə “Azər-Türk Bank” ASC-nin İdarə Heyətinin sədr müavini olub.
Report