AXA MBASK Sığorta Şirkəti ASC nizamnamə kapitalını 3 milyon 228 manat artırır.
Banker.az xəbər verir ki, 01 sentyabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin kütləvi təklif üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 382 manat olan 7854 ədəd adi adlı səhmlərinin buraxılışı AZ1002003692 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.