Azərbaycanda kredit qoyuluşunun həcmi 1 iyul 2022-ci il tarixdə 18 milyard 818.2 milyon manata çatıb.
Bunu Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Kredit təşkilatlarının kredit portfeli son ayda 1.3%, ilin əvvəlindən isə 9.9% artmış olub.
Statistikaya görə, kreditlərin 20%-i, yaxud 3 milyard 727.6 milyon manatı dövlət, 78%-i, yaxud 14 milyard 592.4 milyon manatı özəl, 2.6%-i yaxud 498.2 milyon manatı qeyri-bank kredit təşkilatlarının payına düşüb.