Çində yaşayan bir qadın 4 il əvvəl torpağa basdırdığı 15000 dollar əmanətini çürümüş halda aşkar etdi.
Belə ki, 2011-ci ildə çinli qadın 100 min yuan (təqribən 15 min dollar) dəyərində olan əmanətini tamamilə yararsız halda aşkar edir. Həmin qadın pullarını bir paketin içərisinə qoyduqdan sonra onları saxlamaq üçün metal qutuya yerləşdirir.
İndi isə qadına pullar lazım olduqda o bütün əmanətini yararsız hala düşmüş şəkildə tapır. Qeyd edək ki, qadın həmin pulları oğlunun toy xərcləri üçün istifadə etmək niyyətində idi. Bu pullar qadının yoldaşı ilə uzun illər ərzində işləyib yığdıqları pul idi. Bankdan verilən məlumata görə isə, həmin pulların ümumiyyətlə yarısının dəyişdirilməsinə belə ümid yoxdur.