9 C
Baku
Thursday, December 12, 2024

“Şimal axını” ilə qaz nəqli kəmərin maksimum gücünün 20 faizinədək azalıb

Rusiya qazının “Şimal axını” vasitəsilə nəqli daha bir turbininin bağlanması səbəbindən kəmərin maksimum gücünün 20 faizinə qədər azalıb.

Bu barədə Almaniyanın “Gascade” qaz nəqli operatorunun məlumatında deyilir. Beləliklə, boru kəməri vasitəsilə ilə qaz tədarükü əvvəlki həcmindən iki dəfədən də çox azalaraq sutkada 67 milyon kubmetrdən 31 milyon kubmetrə enib.

İyulun 25-də “Qazprom” Portovaya kompressor stansiyasında təmirlər arası müddətin başa çatması ilə əlaqədar daha bir qaz turbininin fəaliyyətinin dayandırıldığını elan edib. Bundan sonra qaz kəmərində yalnız bir turbin işləyəcək.

“Şimal axını” kəməri vasitəsilə tədarükün azalması fonunda Avropada qazın min kubmetrinin qiyməti kəskin bahalanaraq martın 8-dən bəri ilk dəfə olaraq 2300 dolları ötüb.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər