11 C
Baku
Monday, November 25, 2024

“PAŞA Bank” 2022-ci ilin ilk yarısında 65 mln. manat xalis mənfəət əldə edib

“PAŞA Bank” ASC 2022-ci ilin ilk yarısında 65 milyon manat xalis mənfəət əldə edib.

Bu barədə Banker.az bankın illik maliyyə göstəricilərinə istinadən xəbər verir.

Bank ilin ilk yarım ilində 145.82 milyon manat faiz gəliri əldə etmi, 25.04 milyon manat faiz xərci etmişdir. Faiz gəlirləri ilik müqayisədə 13% artdığı halda, faiz xərlcəri 5%-dən çox azalıb.

Bankın qeyri-faiz gəlirləri 78.02 mln. manat, qeyri-faiz xərcləri isə 103.64 mln. manat olmuş ki, bu da onun 43.26 mln. manatlıq əməliyyat mənfəəti etməsi deməkdir.

Beləliklə, bank mənfəətinə görə 21.2 mln. manat ödədikdən sonra 64.84 mln. manat xalis mənfəət əldə edib.

AKtivlərinin həcmi 1 iyul 2022-ci il tarixinə 7 milyard 422 milyon manat olmaqla illik müqayisədə 25% artıb.

342342343

22232322323

Son xəbərlər
Digər xəbərlər