14 C
Baku
Saturday, November 23, 2024

Blinken və Lavrov müharibə dönəmində ilk dəfə telefonla danışacaq

Rusiyanın Ukraynaya fevralın 24-dən bu yana hücumlarının davam etdiyi bir vaxtda ABŞ dövlət katibi Antoni Blinken yaxın günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefonla danışacağını açıqlayıb.

Banker.az xəbər verir ki, mətbuat konfransında Blinken, Lavrovla telefon danışığında ABŞ-lı qadın basketbolçu Britni Qriner və ABŞ-ın keçmiş əsgəri Paul Uilanı ABŞ-a qaytarmaq üçün həftələr əvvəl Rusiyaya təqdim edilən “önəmli bir təklif”i, həmçinin, Ukraynanın taxıl ixracı ilə bağlı İstanbulda imzalanmış sazişi müzakirə etməyi planlaşdırdığını bildirib. Blinken məhbusların dəyişdirilməsi barədə məlumat verməyib.

İddialara görə, ABŞ Qriner və Uilanı ABŞ-a qaytarmaq üçün ABŞ-da 25 il həbs cəzasına məhkum edilmiş rus silah qaçaqmalçısı Viktor Boutu Rusiyaya qaytarmağı təklif edib. Uilan 2018-ci ildən Rusiyada casusluq, Qriner isə narkotik saxlamaq ittihamı ilə ötən ilin fevralından həbsdədir.

Lavrovla telefon danışığında Ukrayna ilə bağlı danışıqlar aparmayacağını vurğulayan Blinken, Ukrayna tərəfi olmadan Rusiya tərəfi ilə Ukraynanı müzakirə etməyəcəklərini təkrarlayıb.

Qeyd edək ki, bu görüş Rusiyanın Ukraynaya hücumlarının başlamasından sonra Blinken və Lavrov  arasında ilk görüş olacaq.

 

 

Son xəbərlər
Digər xəbərlər