“Qarabağ” 6 milyona yaxın qazanc əldə edib

Xəbər verdiyimiz kimi, “Qarabağ” UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə adlayıb.

Qurban Qurbanovun komandası bununla da UEFA Konfrans Liqasının qrup mərhələsində oynamağı təmin edib.

Bu isə ağdamlılara 2.9 milyon avro qazandırıb.

Həmçinin, komandamız 3-cü mərhələni keçdiyinə görə 480 min avro əldə edib. Bu ümumilikdə 3 milyon 380 min avro (5 milyon 863 min manat) qazanıb.

Bundan başqa “Qarabağ” Avropa Liqasının pley-off mərhələsini təmin edib ki, “Ferençvaroş”a məğlubiyyət olarsa, qitənin nüfuzuna görə ikinci dərəcəli turnirinin qrupuna düşmək şansı əldə edilir.

MənbəQafqazinfo
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər

Auto Draft

Digər xəbərlər