13 C
Baku
Saturday, November 23, 2024

Sabiq kombinat müdirinin məhkəməsi başlayır

Biləsuvar şəhər Kommunal Müəssisələri Kombinatının sabiq müdiri Xalidə Ağayevanın sübutları saxtalaşdırması faktı ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb. Banker.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda deyilir.

Baş Prokurorluqdan bildirilir ki, aparılmış istintaqla Xalidə Ağayevanın Biləsuvar rayon məhkəməsində baxılan mülki iş üzrə öz xeyrinə qətnamə çıxarılmasının təmin edilməsi məqsədi ilə Abşeron rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsi tərəfindən verilmiş əmək qabiliyyətinin olmaması barədə xəstəlik vərəqəsinə uydurma məlumatlar daxil edib Biləsuvar rayon məhkəməsinə təqdim etməklə mülki iş üzrə sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Xalidə Ağayevaya Cinayət Məcəlləsinin 294.1-ci (mülki iş üzrə işdə iştirak edən şəxs və ya onun nümayəndəsi tərəfindən sübutların saxtalaşdırılması) maddəsi ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Biləsuvar rayon məhkəməsinə göndərilib.

Son xəbərlər
Digər xəbərlər