“Huawei” şirkəti “Huawei Watch 3 Pro” ağıllı saatlarının yeni modelini təqdim edib. Yenilik “Huawei Watch D” adını alıb, EKQ funksiyasını dəstəkləyir və tonometr (təzyiqölçən) kimi işləyir.
Banker.az bu barədə “RBC”ya istinadən xəbər verir.
Yeni saatda “Huawei”in özünün istehsal etdiyi müstəqil GPS naviqasiya sistemi də var. İstehsalçının sözlərinə görə, bu, idmançılara olduqları məkanı izləməyə imkan verəcək.
Eyni zamanda istifadəçi ürək döyüntüsü və qan təzyiqi haqqında məlumatlar daxil olmaqla, cari sağlamlıq vəziyyəti haqqında məlumatlandıracaq. Bundan əlavə, aksesuar eSim funksiyasını dəstəkləyir və suya davamlıdır. Yeniliyin qiyməti €449 təşkil edir.