26 C
Baku
Tuesday, April 30, 2024

Almaniyada istehlakçılardan elektrik enerjisinə görə əlavə rüsum tutulacaq

Almaniyada oktyabrın 1-dən etibarən elektrik enerjisi istehlakçılarından əlavə rüsum tutulacaq.

Bu barədə Almaniyanın İqtisadiyyat və İqlimin Mühafizəsi üzrə Nazirliyi açıqlayıb.

Məlumata görə, istehlakçılar əlavə rüsumu yarım il ərzində – 2024-cü ilin martınadək ödəyəcək. Rüsumun məbləği hələ məlum deyil. Məbləğ qaz idxalçılarının irəli sürəcəyi kompensasiya iddiasından asılı olacaq.

Bu qərar Rusiyadan qaz idxalının azaldılması ilə bağlı qəbul olunub.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər