İyul ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün ödənilib.
Bu barədə Banker.az-a Dövlət Sosial Müdafiə Fondundan xəbər verilib.
Fonddan bildirilir ki, vətəndaşlar bu sosial ödənişlərini onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
Beləliklə, bütün sosial təminat növləri üzrə iyul ayının sosial ödənişləri bu gün yekunlaşıb.
Qeyd edək ki, iyulun 8-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, iyulun 15-də ölkəmizin digər bölgələri üzrə pensiyalar (o cümlədən güzəştli şərtlərlə təyin edilmiş pensiyalar) ödənilib.