5 C
Baku
Saturday, December 14, 2024

Latviya Rusiya qazını vasitəçilərdən alır

Latviyanın qaz nəqli sisteminin əsas operatoru “Latviyas” Rusiya qazını vasitəçilərdən almağa başlayıb. Bu barədə “Delfi” portalı məlumat yayıb, şirkətin rəhbəri Ajgars Kalvitis də məlumatı təsdiqləyib. O bildirib ki, ölkə qazı rubla yox, avroy ilə alır.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Ajgars Kalvitis yeni tədarükçünün kimin olduğunu açıqlamayıb və bunun ictimai şəkildə müzakirə olunmayan kommersiya məlumatı olduğunu əsas gətirib.

Daha əvvəl Latviya 2023-cü il yanvarın 1-dən Rusiyadan təbii qaz idxalını qadağan etmək qərarına gəlib. Qanunun təşəbbüskarları Yeni Mühafizəkarlar Partiyasından olan parlamentarilər olub.

Son xəbərlər
Digər xəbərlər