11 C
Baku
Monday, November 25, 2024

Taleh Kazımov: “ABB-nin açıq valyuta mövqeyi tam bağlanılıb”

Azərbaycan Mərkəzi Bankının (AMB) 236 milyon ABŞ dollarlıq valyuta satışı Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmişdən qalan qısa açıq valyuta mövqeyi tam bağlanılıb.

Bunu AMB-nin sədri Taleh Kazımov onlayn rejimdə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Mərkəzi Bank öz rezervlərindən bu məbləğdə valyutanı satdı ki, ABB valyuta mövqeyini bağlasın:

“Hazırda Azərbaycan maliyyə sektorunda bu situasiya heç bir bankda müşahidə olunmur. Artıq Beynəlxalq Bankın açıq valyuta mövqeyi bağlanılıb və bütün prudensial normativlərin tələblərinə riayət olununr. Valyuta mövqeyimizi 2 aya bərpa edəcəyimizi proqnozlaşdırsaq da, artıq 1 aya bərpa etdik. Bu addım sadəcə, maliyə sektorunu dəstəkləmək baxımından həyata keçirilib”.

Qeyd edək ki, uzun müddət davam edən ABB-nin qısa açıq valyuta mövqeyi problemi bankın restrukturizasiya prosesi nəticəsində yaranıb.

Mənbəreport.az
Son xəbərlər
Digər xəbərlər