İspaniyanın baş naziri Pedro Sançes nazirləri və sahibkarları lazımsız yerə qalstuk taxmamağa çağırıb.
Bu barədə “Europa Press” məlumat yayıb.
Sançesin qalstuksuz keçirdiyi mətbuat konfransında bu yolla elektrik enerjisi istehlak edən kondisionerlərdən istifadənin azaldılmasına nail olacaqlarını vurğulayıb.
O, bununla hər kəsin enerjiyə qənaət edə biləcəyini qeyd edib.