1 C
Baku
Saturday, December 14, 2024

Bakının ən məşhur ticarət mərkəzinin əmlakları borca görə hərraca çıxarılır

Bakının ən məşhur ticarət və əyləncə mərkəzlərindən olan “Elite” maliyyə böhranı yaşayır.

Mərkəzin rəhbərliyi dövlətə olan vergi borcunu ödəyə bilmədiyi üçün əmlakları hərraca çıxarılacaq.

Bununla bağlı Dövlət Vergi Xidməti Bakı Kommersiya Məhkəməsinə müraciət edib. İddiada qeyd olunub ki, “Elite İnternational Management” MMC-nin vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə siyahıya alınmış əmlaklar açıq hərracda satılsın.

“Elite”in 122 min manatdan çox ödənilməmiş borcu var.

Qeyd edək ki, mərkəzin rəhbəri türkiyəli iş adamı Ali Evsendir. O, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudasıdır.

Son xəbərlər
Digər xəbərlər