Moldova hökuməti Azərbaycanın onun vətəndaşlarına güzəşt etdiyini açıqlayıb.
Moldova Respublikasının Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin məlumatına görə, Moldova vətəndaşlarının müddəti bitmiş pasportlarla ölkəyə girişinə icazə verən ölkələrin siyahısına Azərbaycanla yanaşı, daha 17 dövlət daxildir.
Bunlar Latviya, İsrail, Rusiya, Estoniya, Xorvatiya; İrlandiya, Ukrayna, Litva, Serbiya, Gürcüstan, Portuqaliya, Slovakiya, Türkmənistan və Ermənistandır.
Nazirlik bildirib ki, indi ölkə vətəndaşları müddəti keçmiş pasportlarla İtaliyaya və daha iki ölkəyə gedə bilər. Belə ki, müddəti bitmiş pasportlarla Moldova vətəndaşlarının ölkəyə girişinə icazə verən ölkələr siyahısına daha üçü əlavə edilib – İtaliya, Belarus və Kanada. Həmin dövlətlər Moldova hökumətinin öz vətəndaşlarının pasportlarının etibarlılıq müddətinin 2020-ci il yanvarın 1-dən 2022-ci il dekabrın 30-dək uzadılması barədə qərarını tanıyıb.
Əgər səfərin məqsədi məsələn, Kanadada iş icazəsinin uzadılması kimi immiqrasiya məsələlərini həll etmək olsa, həmin ölkə də vaxtı müddəti bitmiş Moldova pasportlarının etibarlılığını 30 iyun 2023-cü ilə qədər uzada bilər.