7 C
Baku
Thursday, December 12, 2024

İran XİN: Nüvə proqramı ilə bağlı danışıqların yeni raundu razılaşdırılır

Hərtərəfli Birgə Fəaliyyət Planı üzrə müzakirələri canlandırmaq üçün danışıqların vaxtı ilə bağlı bir nəticəyə gələ biləcəyimiz ehtimalı var.

Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu gün keçirdiyi həftəlik mətbuat konfransında deyib.

O bildirib ki, danışıqların yeni raundunun şahidi ola bilərik:

“Son həftələrdə baş verən mesajların mübadiləsindən və təklif olunan mətnlərin nəzərdən keçirilməsindən sonra ehtimal var ki, biz yaxın gələcəkdə Hərtərəfli Birgə Fəaliyyət Planı üzrə danışıqlarının vaxtı ilə bağlı bir nəticəyə gələ biləcəyik və ola bilsin ki, yeni raundun şahidi ola biləcəyik”.

O qeyd edib ki, İran həmişə danışıqlar prosesində iştirak edib:

“Biz danışıqlar prosesini JCPOA çərçivəsində İranın maraqlarına, xüsusən də İranın iqtisadi maraqlarına dair hərtərəfli, sabit və təminatlı nəticəyə nail olmaq üçün məntiqli və ağlabatan hesab edirik”.

Nasir Kənani qeyd edib ki, İran razılaşma əldə etməyi ciddi strategiya hesab edir və taktiki danışıqlara baxmır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər