1 C
Baku
Saturday, December 14, 2024

Hulusi Akar: “Taxıl sazişi”ndə digər məhsulların çıxarılması nəzərdə tutulmur

“Taxıl daşınması sazişi” Rusiya limanlarında olan qida məhsulları, müxtəlif kimyəvi maddələr və amonyak kimi digər məhsulların çıxarılmasını nəzərdə tutmur.

Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Anadolu” agentliyinə müsahibəsində deyib.

O qeyd edib ki, bu ayrı müzakirə mövzusudur və Ankara Rusiya barədə BMT ilə danışıqlar aparır. Akar Rusiyaya bu mövzuda kömək edə biləcəkləri halda məmnun olacaqlarını da bildirib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər