-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan, Özbəkistan və Türkiyə birgə investisiya layihələrini təşviq edəcək

İqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində Daşkənddə Azərbaycan, Özbəkistan və Türkiyə xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin ilk üçtərəfli görüşü barədə paylaşım edib.

Banker.az xəbər verir ki, nazir paylaşımda bu görüşdə iştirakdan məmnun olduğunu vurğulayıb: “Azərbaycan, Özbəkistan və Türkiyə xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin ilk üçtərəfli görüşündə iştirakdan məmnun oldum. Bugünkü görüş dost və qardaş ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsi, birgə investisiya layihələrinin təşviqi, nəqliyyat-logistika imkanlarından səmərəli istifadə edilməsi istiqamətində məhsuldar müzakirə platforması oldu. Üçtərəfli görüşün yekunları barədə imzalanmış Daşkənd Bəyannaməsi ölkələrimiz arasında tərəfdaşlıq və dostluq əlaqələrinin daha da dərinləşməsi və möhkəmlənməsinə mühüm töhfədir”.

Son xəbərlər
Digər xəbərlər