İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Parkında Özbəkistan şirkətləri ilə əməkdaşlıq çərçivəsində 11 mindən çox nəqliyyat vasitəsi istehsal olunub.
Banker.az bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, Parkın rezidenti “Azərmaş CP” MMC Özbəkistana məxsus “UzAvtoSanoat” SC ilə əməkdaşlıq çərçivəsində 10 700-dən çox “Chevrolet” markalı avtomobil istehsal edib. Bunlar, “Labo”, “Damas”, “Malibu”, “Lacetti”, “Tracker”, “Cobalt”, “Nexia”, “Spark”, “Traverse”, “Tahoe”, “Equinox”, “Onix” və “Captiva” modelləridir. Bununla yanaşı, Özbəkistanın “SamAvto” şirkəti ilə əməkdaşlıq çərçivəsində, pikap, yük avtomobili və avtobuslar olmaqla 300-dən artıq “ISUZU” markalı nəqliyyat vasitəsi istehsal olunub.
“Birgə layihələr ölkədə avtomobil sənayesinin inkişafına, yerli istehsalın genişləndirilməsinə, məşğulluğun və ixrac potensialının artırılmasına töhfə verir”, – deyə məlumatda qeyd olunub.







